YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The New York Times” qəzetində Benyamin Netanyahunun Azərbaycana səfəri barədə material dərc edilib

Dekabrın 13-də “The New York Times” qəzetində İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri barədə material dərc edilib. Məqalədə göstərilir ki, səfər müddətində iki dövlət arasında bir sıra sazişlər, o cümlədən gəlirlərdən ikiqat vergi tutmanın aradan qaldırılması barədə Azərbaycan ilə İsrail arasında saziş imzalanıb.

“The New York Times” qəzetində dərc olunmuş materialda vurğulanır ki, Netanyahu Bakıda Azərbaycanın yəhudi icmasının üzvləri ilə görüşüb. Baş nazir həmin görüşdə deyib ki, iki ölkə arasında çox sıx əlaqə var və bu səfərdən sonra həmin əlaqələr daha da yaxşılaşacaq.

Baş nazir Netanyahu Azərbaycana və Qazaxıstana səfəri ərəfəsində vurğulayıb ki, hər iki ölkə ilə diplomatik, iqtisadi münasibətləri və təhlükəsizlik sahəsində əlaqələri möhkəmlətmək planlaşdırılır.

 

DİGƏR Xəbərlər Arxiv