YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Yeni iqtisadi şəraitdə qarşıya qoyulan əsas vəzifələrdən biri də əmək tutumlu iş yerlərinin yaradılmasıdır

«Məşğulluq, əhalinin işlə təminatı sosial siyasətin olduqca vacib tərkib hissəsidir. Çünki məşğulluq əhalinin müəyyən hissəsinin sosial problemlərini öz əməyi hesabına həll etməsinə imkan yaradır». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq əhalinin məşğulluğunun təmin edilməsi və həm də əhalinin kəndlərdən şəhərə axınının, həmçinin iş üçün xarici ölkələrə üz tutmasının qarşısının alınması istiqamətində böyük uğurlar əldə olunub. O, xatırladıb ki, 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin 600 min yeni iş yerinin yaradılacağı barədə vədi də sistemli şəkildə, ardıcıl olaraq ilbəil əhalinin məşğuliyyətinin təmin edilməsinə hesablanmışdı.

«Ötən dövrdə regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyən edildiyi proqramların təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olub və onun uğurla icrası nəticəsində Azərbaycanın, demək olar ki, bütün bölgələrində davamlı olaraq əməktutumlu, rəqabətqabiliyyətli yeni istehsal müəssisələri, xidmət sahələri istifadəyə verilib, ölkənin hərtərəfli potensialı hərəkətə gətirilib. Beş ildən bir qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin iqtisadi inkişafının mühüm təkanvericisi missiyasını yerinə yetirməklə vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynayıb. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər də yoluna qoyulub, əhalinin məşğulluğu və real gəlirləri artıb, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda 1 milyon 500 min iş yeri açılıb ki, bunun da 1 milyonu daimidir. Yeni iqtisadi şəraitdə də qarşıya qoyulan əsas vəzifələrdən biri əmək tutumlu iş yerlərinin yaradılmasıdır. İnanırıq ki, həyata keçirilən düzgün siyasət nəticəsində bu hədəfə nail olunacaq»- deyə, komitə sədri qeyd edib.