YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Azərbaycanda istedadlı gənclərin məlumat bazası yaradılmalıdır

Azərbaycanda istedadlı gənclərin məlumat bazası yaradılmalıdır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib.

O qeyd edib ki, bu bazada gənclərin elmi sahədə əldə etdikləri nailiyyətlər, vəzifələri, ailə vəziyyətləri, mənzil şəraiti barədə məlumatlar toplanmalı və onun əsasında təhlillər aparılmalıdır.

A.Əlizadə həmçinin bildirib ki, şagirdlərin istedadını üzə çıxarmaq üçün fənn olimpiadalarının keçirilməsi vacibdir.