YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan parlamentinin sədri: Azərbaycan bizim strateji tərəfdaşımızdır

Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz dövlətlərimiz, xalqlarımız və parlamentlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirməyə, möhkəmləndirməyə çalışacağıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze söyləyib.

İrakli Kobaxidze deyib: “Azərbaycan və gürcü xalqlarının dostluğunun qədim tarixi var. Bizim dövlətlərimiz arasındakı münasibətlər də çox yüksək səviyyədədir. Yeni seçilmiş parlament bu əlaqələri daha da genişləndirmək üçün səylərini artıracaq.

Parlamentin sədri hər iki ölkənin deputatlarının beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq etdiklərini xüsusi vurğulayıb. Bildirib ki, Gürcüstan tərəfi parlamentlərarası əlaqələrin inkişafında maraqlıdır.

İrakli Kobaxidze gələn il Azərbaycana səfər etməyi planlaşdırdığını və artıq bu istiqamətdə işlərin görüldüyünü diqqətə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv