YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Bankı TANAP-a 800 milyon dolları kredit ayrılması barədə qərar qəbul edib

Dünya Bankının Direktorlar Şurası Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 800 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Kreditin 400 milyon dolları Azərbaycanın zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə, qalan hissəsi isə Türkiyənin zəmanəti ilə “Botaş” şirkətinə veriləcək.

Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Siril Muller deyib: “TANAP rəqabətə şərait yaratmaqla yanaşı, Azərbaycan və Türkiyə əhalisi üçün yeni iqtisadi imkanlar yaradacaq. Layihə Avropa və Türkiyədə enerji təhlükəsizliyinin təmin edilməsini dəstəkləyəcək”.