YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saleh Məmmədov: Nəqliyyat-yol infrastrukturunun təkmilləşdirilməsi dövlətin diqqət mərkəzindədir

«Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı prioritet məsələlərdəndir. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində  çox ciddi addımlar atılır». Bu fikirləri yap.org.az saytına müsahibəsində  «Azəravtoyol» Açiq səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədov bildirib ki, özəl sektorun inkişafında mühüm rol oynayan amillərdən biri nəqliyyat-yol infrastrukturunun təkmilləşdirilməsi, yeniləşdirilməsidir. Onun sözlərinə görə, sosial infrastruktur layihələri hər zaman diqqət mərkəzindədir.

«Möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarında  əsas diqqət göstərilən məsələlərdən biri məhz yol infrastrukturudur. İnkaredilməz reallıq budur ki,  hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti onun malik olduğu nəqliyyat-yol infrastrukturunun  inkişaf səviyyəsi ilə ölçülür.  Vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşınmasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına nail  olmaq məqsədilə ölkə  Prezidenti İlham Əliyev tərəfindən son bir ildə 46 kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi ilə bağlı sərəncam imzalanıb. Bu sərəncamlarda əksini tapan tədbirlər   respublikanın 34 rayon və şəhər ərazisində uzunluğu 823,5 km  olan 31 avtomobil yolunun və 1 körpünün tikintisi, 1 körpünün bərpası, Bakı şəhərində və onun qəsəbələrində isə uzunluğu 83,5 km olan 12 rayondaxili, qəsəbədaxili və qəsəbələrarası avtomobil yollarının tikintisi və yenidən qurulmasını nəzərdə tutur. Ümumilikdə bu sənədlər  301 kəndin, 23 qəsəbənin, həmçinin 5 rayon və şəhər tipli yaşayış məntəqələrinin 1.5 mln yaxın əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxaracaq»- deyə, S.Məmmədov vurğulayıb.