YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Təhsilin məzmununun təkmilləşdirilməsi qarşıda duran əsas məsələlərdəndir

«Təhsilin məzmununun təkmilləşdirilməsi qarşıda duran əsas məsələlərdəndir». Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə verilən yeni səlahiyyətlərə uyğun olaraq, Təhsil Nazirliyi artıq birbaşa olaraq, orta məktəb dərsliklərinin müəllifləri ilə müqavilələr bağlaya biləcək. Onun sözlərinə görə, Təhsil Nazirliyi ehtiyat dərsliklərdən tam həcmdə istifadə etməkdə maraqlıdır.

«Bu baxımdan dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqətindədir. Bir çox hallarda dərsliklərin keyfiyyəti barədə irəli sürülən fikirlər haqlı olaraq işıqlandırılır və ictimai müzakirələrə səbəb olur. Təklif edərdim ki, Təhsil Nazirliyinin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək. Dərslik hazırlanan zaman ona dair fikirlər irəli sürülsə, bunun nəticəsi də daha effektli olar»- deyə, nazir vurğulayıb.