YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samirə Quliyeva: YAP-ın həyata keçirdiyi layihələrdə cəmiyyətin bütün təbəqələri əhatə olunur

«Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir». Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva deyib.

S.Quliyeva bildirib ki, YAP-ın müxtəlif sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Onun sözlərinə görə, cəmiyyət üzvləri də Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirmiş, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdirmişlər.

«Bütün bunlardan əlavə, ölkə gəncliyinə  olan diqqət və qayğı da, YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. Məhz YAP Gənclər Birliyi tərəfindən artıq bir neçə ildir ki, böyük uğurla davam etdirilən və bütün ölkəmizin bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” layihəsi artıq ənənəyə çevrilib»- deyə, S.Quliyeva vurğulayıb.