YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: 2016-cı il dünyada əsasən gərgin proseslərlə yadda qalsa da, Azərbaycanın bir sıra nailiyyətləri olub

«2016-cı il dünyada mürəkkəb proseslərin baş verdiyi dövr kimi yadda qalıb. Dünyada həm maliyyə, həm hərbi, həm də dövlətlərarası etimadsızlıq böhranı yaşanmaqdadır və təəssüf ki, 2016-cı ildə bu proses daha da dərinləşdi. Bu reallıqlar fonunda Azərbaycan dövləti öz inkişaf tempini saxlaya bilib. Eyni zamanda biz dünyanın tərkib hissəsiyik və bu proseslər bizdən də yan keçməyib». Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, 2016-cı il dünyada əsasən gərgin proseslərlə yadda qalsa da, Azərbaycanın bir sıra nailiyyətləri olub. «Fevral ayında Cənub Qaz Dəhlizi ilə bağlı məşvərət şurası keçirildi. Orda çox mühüm razılaşmalar və müzakirələr oldu. Eyni zamanda aprel ayında Prezident İlham Əliyevin Vaşinqtona Nüvə Sammitinə səfəri oldu və orda danışıqlar keçirdi. İyul ayında Bakıda "Formula-1" yarışı baş tutdu. Dünyada 500 milyondan artıq tamaşaçı həmin yarışı izlədi. Bu da çox vacib tədbirlərdən biri idi. Eyni zamanda sentyabrın 29-da V Beynəlxalq Bakı Forumunu, aprel ayında BMT Sivilizasiya Alyansının 7-ci Qlobal Forumunu qeyd etmək istərdim. Aprel döyüşləri isə tarixi bir hadisə idi. Bu hadisə tariximizin şanlı səhifəsinə çevrildi. Bütün bunlar 2016-ci ilin yaddaqalan hadisələr sırasındadır»- deyə, deputat qeyd edib.