YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollektivinin ümumi iclası keçirilib

İyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) kollektivinin ümumi iclası keçirilib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, qurumun sədri Mübariz Qurbanlı iclasda çıxış edərək DQİDK-nın qarşısında duran vəzifələr barədə məlumat verib. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri strategiyası ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud tolerantlığın gücləndirilməsi, milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi, habelə vətəndaşlarımızda, xüsusən dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalaşdırılmasına xidmət edir.

Prezident İlham Əliyev tərəfindən təltif edilmiş DQİDK-nın Qarabağ bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfova iclasda komitənin sədri tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.

Komitənin mərkəzi aparatının işçilərinin, habelə bölgə şöbə müdirlərinin iştirak etdikləri iclasda cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.