YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə parlamenti konstitusiyaya dəyişiklikləri müzakirə edəcək

Türkiyə parlamentində bu gün ölkə konstitusiyasına dəyişikliklər müzakirə olunacaq. Bu barədə parlamentin yaydığı məlumatda deyilir.

Müzakirələrdə Türkiyənin bütün siyasi partiyaları iştirak edəcək.

Qeyd edək ki, təklif olunan dəyişikliklərə əsasən, Türkiyənin indiki parlament idarəetmə üsulundan prezident idarəetmə üsuluna keçidi nəzərdə tutulur.

Bundan başqa, dəyişikliklərdə həmçinin parlamentdə millət vəkillərinin sayının 550-dən 600-ə, parlamentin fəaliyyət müddətinin 4 ildən 5 ilədək artırılması da nəzərdə tutulur.