YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Gec-tez Sarkisyan rejimi etdiyi cinayətlərin cavabını verəcək

«İşğalçı Ermənistan müstəqil siyasət aparmaq iqtidarında deyil». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistan müəyyən dövlətlərin forpostu kimi özünü dünyada tanıdıb. Onun sözlərinə görə, bu səbəbdən də ermənilərin müstəqil dövləti yoxdur.

«Bu gün bu ölkəyə Serj Sarkisyanın rəhbərlik etdiyi cinayət rejim rəhbərlik edir. Bu rejim öz siyasəti ilə bütün bəşəri dəyərləri, humanizmi ayaqlar altına atır. Amma gec-tez Sarkisyan rejimi etdiyi cinayətlərin cavabını verəcək. O, Azərbaycan torpaqlarını sülh yolu ilə geri qaytarmasa, Azərbaycan Ordusunun gücünü bir daha görəcək»- deyə, E.Məmmədov qeyd edib.