YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbhənin ön xəttində yerləşən bölmələrin hazırlığı yoxlanılıb

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki bölmələrdə olan Müdafiə Nazirliyinin rəhbərliyi üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənova əməliyyat şəraiti barədə məruzə edilib. Səngərlərdə döyüş növbətçiliyini yoxlayan müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Nazirliyin rəhbər heyəti şəxsi heyətlə birlikdə çay süfrəsi arxasında söhbət aparıb və nahar edib.

Dövlətimizin başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə əminliyini ifadə edən müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən həmsərhəd kəndlərdən birində yerli sakinlərlə görüşərək, yaşayış məntəqələrimizin müdafiəsinin və əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə edib.