YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB ölkələrinin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının bu il ilk iclası keçirilib

Yanvarın 12-də Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birlik ölkələrinin qurumun nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının (DSNŞ) bu il ilk iclası keçirilib.

Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən bildiriblər ki, iclası 2017-ci ildə Şuraya sədrlik edən Rusiya Federasiyasının daimi nümayəndəsi Andrey Şvedov açıb.

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev Daimi Səlahiyyətli Nümayəndələr Şurasının sədri vəzifəsində A.Şvedova uğurlar arzulayıb. Onun fikrincə, DSNŞ MDB-nin ən mühüm inteqrasiya strukturlarından biridir. S.Lebedev ötən il Qırğızıstanın MDB-yə sədrliyinin yüksək qiymətləndirilməsi ilə bağlı səslənən fikirlərə qoşularaq, ən mühüm məsələlərin, o cümlədən Birliyin fəaliyyətinin təkmilləşdirilməsi və onun mümkün transformasiyası məsələlərinin həllində konstruktiv əməkdaşlığa, qarşılıqlı anlaşmaya və dəstəyə görə daimi səlahiyyətli nümayəndələrə təşəkkürünü bildirib.

Daimi səlahiyyətli nümayəndələr Birlik ölkələrinin əməkdaşlığının və orqanlarının fəaliyyətinin müxtəlif sahələrinə, MDB-nin ali orqanlarının iclaslarının gündəliklərinin formalaşmasına, Birlik çərçivəsində qəbul edilmiş sənədlərin həyata keçirilməsinə dair məsələlərə baxılmasını nəzərdə tutan 2017-ci il üçün fəaliyyət planını təsdiq ediblər.

Şura üzvləri onların səlahiyyətində olan bir sıra digər məsələləri də müzakirə ediblər.