YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz İsmayılov: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi İslam dünyasına verilən önəmli mesajdır

Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil. Bu, əslində Azərbaycandan İslam dünyasına verilən önəmli mesajdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

G.İsmayılov qeyd edib ki, Azərbaycan tarixən İslam dünyasının əsas mədəni, dini mərkəzlərindən biri olub. Eyni zamanda, ölkəmiz İslam mədəniyyətinə, elminə böyük töhfələr verib. Buna paralel olaraq, dünyəviliyə, sivilizasiyalararası, dinlərarası dialoqa, müasirliyə münasibətdə həmişə İslam dünyası üçün örnək olub. Başqa sözlə, Azərbaycan Qərbə münasibətdə İslam dünyası üçün, Şərqə münasibətdə isə Qərb üçün nümunədir.

Komitə sədrinin müavini bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda heç zaman dini, məzhəb zəminində münaqişələr yaşanmayıb. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dini abidələr təmir edilib. İslam dünyasında ilk dəfə olaraq vəhdət namazları qılınıb. Vəhdət namazı ilk dəfə Heydər məscidindən başlanılıb. Bu qardaşlıq nümunəsi dövlətimizin həyata keçirdiyi siyasətin nəticəsidir.