YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekspert: Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinə dünya miqyasında pozitiv yanaşma var

«Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinə dünya miqyasında pozitiv yanaşma var». Bu fikri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib.

R.Qonaqov bildirib ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın bütün dünyada barışdırıcı qüvvəyə çevrilməsi baxımından çox əhəmiyyətlidir. Onun sözlərinə görə, Azərbaycan dünyada modern müsəlman ölkəsi kimi tanınır.

«Azərbaycandakı multikulturalizm ənənələri, digər dini konfessiyalara yanaşma tərzi təkcə İslam ölkələrinin deyil, bütün dünyanın diqqətini cəlb edir. İslam həmrəyliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacibdir. Müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycana dəstək veriblər.Düşünürəm ki,  “İslam Həmrəyliyi İli”ndə də Azərbaycan qarşıya qoyduğu məqsədlərə tam nail olacaq»- deyə, ekspert qeyd edib.