YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Azərbaycan hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu istiqamətində yolunu uğurla davam etdirir

«Azərbaycan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R. Rzayev bildirib ki, bu baxımdan, hüquqi və qanunvericilik sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar çərçivəsində AŞPA ilə əməkdaşlıq yaxşı nəticələr verir.

«Qanun yaradıcılığı prosesində Avropa Şurasının üzvü olan nüfuzlu dövlətlərlə əməkdaşlıq edilir, onların təcrübəsi öyrənilir. Bütövlükdə,  AŞPA ilə Milli Məclis arasında münasibətlər həmişə yüksələn xətlə inkişaf edir. Azərbaycan AŞPA ilə əlaqələrin möhkəmlənməsinə böyük önəm verir. Çünki Azərbaycan hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu istiqamətində yolunu uğurla davam etdirir. Bu yolda dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq daim diqqət mərkəzindədir»- deyə, R.Rzayev vurğulayıb.