YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Müasir dövrdə hər bir sahədə güclü infrastrukturun yaradılması mühüm şərtdir

«Müasir  dövrdə hər bir sahədə güclü infrastrukturun yaradılması mühüm şərtdir». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu baxımdan ölkəmizin nümunəsi təqdirəlayiqdir. Onun sözlərinə görə, ölkəmizdə istər iqtisadi, istərsə də sosial sektorlara aid yüksək səviyyəli infrastruktur quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Onun sözlərinə görə, bu strateji kursa uyğun olaraq son 13 ildə respublikanın artan iqtisadi potensialına əsaslanaraq paytaxt Bakıda və bölgələrdə geniş proqramlar həyata keçirilib, bilavasitə insanların gündəlik həyatı ilə bu və ya digər dərəcədə bağlı olan infrastruktur obyektləri istifadəyə verilib.

«Hazırda bölgələrin infrastruktur təminatı 13 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Bu da qlobal iqtisadi çətinliklər fonunda ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasında, daxili istehsalın genişləndirilməsində mühüm rol oynayan faktor qismində çıxış etməklə yanaşı, eyni zamanda, insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaradır. Əlamətdar haldır ki, ölkəmizdə dövlət tərəfindən infrastruktur quruculuğuna yeni şəraitdə də güclü siyasi iradə nümayiş etdirilir»- deyə, S.Hüseynova qeyd edib.