YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Ölkəmiz yeni inkişaf mərhələsinə başlayıb

«Son illərdə dünyada müşahidə edilən mürəkkəb proseslər fonunda ölkəmiz sabitlik və inkişaf yoluna sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğuladığı kimi, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib». Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, ötən il ərzində ölkənin qarşısında duran bütün vəzifələr icra olunub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə sayəsində ölkəmiz özünün güclü potensialını tam səfərbər edərək yeni inkişaf mərhələsinə başlayıb.

«Digər ölkələrlə müqayisədə Azərbaycanın çətin şəraitdə də əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, ölkəmizin milli maraqları əsas tutaraq irəlilədiyi yolun alternativi yoxdur. Prezident İlham Əliyev ölkəmizin inamla irəlilədiyi bu yolu müstəqillik, sabitlik və inkişaf yolu kimi səciyyələndirib. Azərbaycanda zamanında qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki qlobal çətinliklər şəraitində ölkənin inkişafa istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Yaxın, orta və uzunmüddətli perspektivdə milli iqtisadiyyatımızda aparıcı qüvvə kimi məhz qeyri-neft sektoru çıxış edəcək. Çətin keçən 2016-cı ildə iqtisadi sabitliyin təmin olunması Azərbaycanın böhrandan şərəflə çıxmasını təmin edib, il ərzində ölkədə 100 mindən çox daimi iş yeri açılıb»- deyə, K.Əliyeva qeyd edib.