YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan NATO Hərbi Komitəsinin təşkil etdiyi tədbirlərdə təmsil olunacaq

Yanvarın 17-də Brüsseldə, NATO-nun mənzil-qərargahında alyansın Hərbi Komitəsinin “Qətiyyətli dəstək” və “Uyarlılıq platforması” formatlarında görüşlər keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlər Baş Qərargah rəisləri səviyyəsində təşkil olunacaq.

Tədbirlərdə Azərbaycanı müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov təmsil edəcək.