YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi haqqında: İşğal olunmuş torpaqların azad edilməsi tələbi hər zaman danışıqlar masasında olub

Dağlıq Qarabağ münaqişəsi, o cümlədən atəşkəslə bağlı bir neçə həll yolu var.

Trend-in Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, işğal olunmuş ərailərin azad edilməsi tələbi hər zaman danışıqlar masasında olub: "Amma bu tələb dinc xarakter daşıyır və Dağlıq Qarabağın statusunun müəyyən olunmasını nəzərdə tutur".

S.Lavrov qeyd edib ki, Rusiya 2016-cı ilin aprelində münaqişə tərəfləri arasında qarşıdurmanın qarşısının alınmasında həlledici rol oynadı.