YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: İcbari tibbi siğortanın tətbiqinə dair pilot layihəsinin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb

«Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizin iki bölgəsində - Yevlax rayonunda və Mingəçevir şəhərində icbari tibbi siğortanın tətbiqinə dair pilot layihələri həyata keçiriləcək»”. Bu sözləri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycanda icbari tibbi siğorta modeli bu iki bölgənin timsalında sınaqdan keçiriləcək.

«Bir il ərzində bu modelin yoxlanması nəzərdə tutulub. Yevlax və Mingəçevirdə icbari tibbi siğortanın tətbiqinə dair pilot layihəsinin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, müvafiq qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Daha sonra bu, bütün respublika ərazisində tətbiq ediləcək. Güman edirəm ki, bu model olduqca uğurlu modeldir, çünki burada dünya praktikası geniş təhlil olunaraq nəzərə alınıb»”- deyə, Baş nazirin müavini vurğulayıb.