YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir Yan Mladek: Azərbaycanla Çexiya arasında münasibətlər qeyri-neft sektorunda da dinamik inkişaf edir

Azərbaycan və Çexiya dayanıqlı iqtisadi münasibətlər qurublar. Bunu Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumunda Çexiyanın sənaye və ticarət naziri Yan Mladek deyib.

Nazirin sözlərinə görə, Azərbaycan Çexiyaya strateji neft tədarükçüsüdür: "Bu gün bu ixracat Çexiyanın enerji ehtiyaclarının üçdə bir hissəsini təmin edir. Çexiya “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində də maraqlıdır".

Y.Mladek qeyd edib ki, Azərbaycanla Çexiya arasında münasibətlər qeyri-neft sektorunda da dinamik inkişaf edir:

"Qlobal iqtisadi böhrana baxmayaraq, Çexiya iqtisadiyyatı artır ki, bu da ikitərəfli iqtisadi əməkdaşlıq perspektivlərini artırır. Çexiya şirkətləri üçün Azərbaycanda kənd təsərrüfatı, qida məhsulları, səhiyyə və digər sahələrdə böyük imkanlar mövcuddur".