YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Davosa doğru – Bakı” Forumunda gənclər üçün yeni imkanların yaradılması məsələləri müzakirə olunub

ADA Universitetində Davos Dünya İqtisadi Forumu çərçivəsində “Davosa doğru – Bakı” Forumu (“Shaping Davos – Baku”) işə başlayıb.

Gənclər Təşkilatları Milli Şurası və “Global Shapers Community Baku” tərəfindən keçirilən Forumun əsas mövzusu “Məşğulluq vasitəsilə yeni imkanların yaradılması”dır. Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, ADA Universiteti və “Youth Inc” gənclərin sahibkarlıq proqramının dəstəyi ilə təşkil olunub.

1970-ci illərdə akademik Klaus Şvab tərəfindən yaradılmış kiçik bir qrupdan ibarət olan Davos İqtisadi Forumu hazırda 2500 iştirakçını əhatə edən iri platformaya çevrilib. Hər il Forumun illik görüşü İsveçrənin Davos şəhərində keçirilir. Artıq bir neçə ildir ki, Forum zamanı əsas fəaliyyətlərdən biri kimi “Shaping Davos” layihəsi reallaşdırılır. “Shaping Davos” dünya əhalisinin Davos İqtisadi Forumunun spikerləri ilə dialoqunun təşkili üçün vasitədir. “Shaping Davos” Dünya Forumunun gənclər platforması olan “Global Shapers” tərəfindən icra olunur. 2017-ci ildə dünyada cəmi 16 şəhər “Shaping Davos” fəaliyyətinin keçirilməsi hüququ qazanıb ki, onların arasında Bakı da var.

“Davosa doğru – Bakı” Forumunun nəticələri yanvarın 19-da onlayn bağlantı ilə Dünya İqtisadi Forumunda səsləndiriləcək və mövzu üzrə beynəlxalq panel iclası təşkil olunacaq.

 

DİGƏR Xəbərlər Arxiv