YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Roman Əliyev: “İslam Həmrəyliyi İli” islam dəyərlərinin qorunub saxlanmasında səyləri birləşdirməyə nadir imkan yaradacaq

Multikultural cəmiyyətin yaradılmasında və dəyərlərin artırılmasında Azərbaycanın rolu dünyaya məlumdur.

Bu sözləri Latviya Prezidenti yanında Milli Azlıqların İşləri üzrə Məsləhət Şurasının sədri Roman Əliyev AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.

R.Əliyev vurğulayıb ki, bu baxımdan Azərbaycan müxtəlif mədəniyyət və dinlərin tolerant cəmiyyəti kimi qiymətləndirilir. Bu məsələdə Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın böyük xidməti var. Şura sədri mədəni irsin, o cümlədən zəngin islam maddi və mənəvi irsinin qorunmasında Fondun çoxşaxəli fəaliyyətini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etməsi alimlərin, mədəniyyət xadimlərinin, ədəbiyyatçıların, habelə islam dəyərlərinin, mənəvi nailiyyətlərin, mədəniyyət abidələrinin qorunub saxlanmasında mədəniyyətlərarası dialoq, dinlərarası hörmət nümunəsi göstərən insanların səylərini birləşdirməyə nadir imkan yaradır.

 

DİGƏR Xəbərlər Arxiv