YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehmet Görmez: Humanist və sülhsevər təşəbbüs olan “İslam Həmrəyliyi İli” bu işə böyük töhfələr verəcək

Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi qardaş Türkiyə Respublikasında da böyük rəğbətlə qarşılanıb.

Məsələyə münasibət bildirən Türkiyə Respublikasının Diyanət İşləri Başqanı, professor Mehmet Görmez AZƏRTAC-a müsahibəsində deyib: “Bütün insanlığın sevgiyə, mərhəmətə, həmrəyliyə çox ehtiyac duyduğu bir zamanda Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi olduqca humanist və sülhsevər bir təşəbbüsdür. İnanıram ki, Azərbaycan qədim və zəngin mədəniyyəti ilə bu həmrəyliyə böyük töhfələr verəcək, İslam aləmində, ümumiyyətlə bütün dünyada insanlar arasında sevgi və məhəbbət, mərhəmət hisslərini gücləndirəcək.

Mehmet Görmez vurğulayıb ki, Azərbaycan Prezidentinin bu təşəbbüsü müsəlman aləmində həmrəyliyin möhkəmlənməsinə, bu istiqamətdə önəmli işlərin görülməsinə təkan verəcək. “Qardaş Türkiyə olaraq “İslam Həmrəyliyi İli”ndə biz də öz köməyimizi göstərmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Heç şübhəsiz, “İslam Həmrəyliyi İli” təkcə Azərbaycanda deyil, bütün İslam aləmində sülhün, əmin-amanlığın, həmrəyliyin yaranmasında və möhkəmlənməsində mühüm rol oynayacaq”.