YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Filip Ştalder: Azərbaycan dünyaya tolerantlıq və həmrəylik yolu ilə daha yaxşı gələcəyin modelini göstərmək üçün əlindən gələni edir

İsveçrə hökumətinin Azərbaycandakı rəsmi nümayəndəsi kimi ölkələr, xalqlar, azlıqlar və dinlər arasında həmrəyliyin, tolerantlığın təşviqinə yönələn səyləri və təşəbbüsləri yüksək qiymətləndirirəm.

Bu fikri AZƏRTAC-a açıqlamasında İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Filip Ştalder deyib.

Səfir 2016-cı ili “Multikulturalizm İli” olaraq uğurla başa vurduqdan sonra Azərbaycanın bu il diqqəti müsəlman ölkələri arasında həmrəyliyə yönəltməsini alqışladığını bildirib. O qeyd edib ki, Azərbaycanda müxtəlif konfessiyaların dostluq və həmrəylik içərisində yaşamaları tarixlə təsdiq olunub, digər tərəfdən, Bakı bu yaz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

Filip Ştalder vurğulayıb ki, belə bir həssas dövrdə siyasətçilər və ziyalılar dini baxışlara söykənərək ölkələr arasında hasarların çəkilməsinə icazə verməməlidirlər. O, Azərbaycanın dünyaya tolerantlıq və həmrəylik yolu ilə hər birimiz üçün daha yaxşı gələcəyin yollarını qurmağın modelini göstərmək üçün əlindən gələni etdiyini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv