YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Möhsün Pakayin: Hazırda İslam dünyasının dostluğa və birliyə daha çox ehtiyacı var

Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təqdirəlayiqdir. Hazırda İslam dünyasının dostluğa və birliyə daha çox ehtiyacı var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.

Diplomat bildirib ki, bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da müsəlmanların birliyinə töhfə olacaq. Bu Oyunların əsas hədəfi təkcə İslam ölkələrinin idmançılarını deyil, ictimaiyyətlərini də bir araya gətirməkdir. Oyunlar İslam ölkələrinin dostluğunun və qardaşlığının simvoluna çevriləcək. “Bu yarışlar vaxtilə İranda da keçirilib və iranlı idmançılar 40-ı qızıl olmaqla 89 medal qazanıblar. Ümid edirəm ki, Bakıda keçiriləcək yarışda İran idmançıları yenə uğur əldə edəcəklər və İran ilə Azərbaycanın əlaqələrinin daha da inkişafına töhfələrini verəcəklər”, - deyə o qeyd edib.

Keçmiş səfir nəzərə çatdırıb ki, Azərbaycan inkişaf edən ölkədir. Ötən il Bakıda Avropa Oyunları yüksək səviyyədə təşkil olunmuşdu. Bakıda möhtəşəm idman obyektləri tikilib istifadəyə verilib. Azərbaycanın mötəbər idman tədbirlərinə ev sahibliyi etməsi üçün böyük təcrübəsi var. Bu, onu deməyə əsas verir ki, İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək.