YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Murad Adıgözəlzadə: Qəbələ festivalı çərçivəsində keçirilən konsertlərin hər birinin özünəməxsus gözəlliyi var

Qəbələ festivalı çərçivəsində keçirilən konsertlərin hər birinin özünəməxsus gözəlliyi var. Çoxsaylı xarici ölkə musiqiçilərinin iştirak etdikləri festivalın beynəlxalq nüfuzu ildən-ilə artır.

Bu sözləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə deyib.

Festivalın Heydər Əliyev Fondu tərəfindən çox yüksək səviyyədə təşkil olunduğunu deyən Murad Adıgözəlzadə avqustun 1-dək davam edəcək bu böyük incəsənət bayramında dünya şöhrətli musiqiçilərin çıxışlarının tamaşaçılara unudulmaz anlar bəxş edəcəyinə ümidvar olduğunu bildirib.

Murad Adıgözəlzadə builki festivalın proqramının çox zəngin olduğunu, konsertlərdə fərqli musiqi əsərlərinin səsləndirildiyini söyləyib.
O, festivalın ərsəyə gəlməsində zəhməti olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməyini yüksək qiymətləndirib.

M.Adıgözəlzadə iştirakçılar və qonaqların arasında məşhur kollektivlərin, müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarların olmasını xüsusilə vurğulayaraq deyib: “Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri, məşhur musiqiçilərlə yaxından tanış edir. Builki festivalda iştirak edən xarici ölkə musiqiçilərinin çoxluğunu nəzərə alaraq bu möhtəşəm incəsənət bayramının artıq gözəl bir ənənəyə çevrildiyini, xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi işinə xidmət etdiyini demək olar”.

 

DİGƏR Xəbərlər Arxiv