YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanda dərman preparatlarının istehsalına başlanandan sonra xaricdən dərman gətirilməsinə son qoyulacaq

“Azərbaycanda dərman preparatlarının istehsalına başlanandan sonra xaricdən dərman gətirilməsinə son qoyulacaq”. Bu sözləri Baş nazirin müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, hazırda ölkəyə dərman preparatları idxal olunur. Bunun üçünsə böyük məbləğdə valyuta lazımdır. Onun sözlərinə görə, milli sağlamlığın qorunması üçün də dərmanların ölkədə  istehsalı vacibdir.

«Bu məqsədlə dərman zavodlarının qurulmasına start verilib, yaxın günlərdə istehsala başlanacaq. Dərmanların hazırlanması üçün xammal indiki mərhələdə xaricdən gətiriləcək. Daha sonra xammalın da ölkədə istehsalına start veriləcək»- deyə, Baş nazirin müavini vurğulayıb.