YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov Türkiyənin Azərbaycan Respublikasındakı yeni səfiri Erkan Özoralla görüşmüşdür

Yanvarın 18-də Baş nazirin müavini Əli Əhmədov Türkiyənin Azərbaycan Respublikasındakı yeni səfiri Erkan Özoralla görüşmüşdür.

Azərbaycan Respublikasının beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ölkəmizin siyasi-iqtisadi, elmi-mədəni maraqlarının reallaşdırılmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini qeyd edən Baş nazirin müavini Əli Əhmədov bütün sahələrdə əlaqələrin uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə çatdırılmasına səbəb olduğunu bildirmişdir.

Əli Əhmədov Türkiyə və Azərbaycanın öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını xüsusi vurğulamış, bu münasibətlərin inkişafına yönəldilmiş ardıcıl və məqsədyönlü siyasətin hər iki ölkənin dövlət başçıları tərəfindən inkişaf etdirilməsi sayəsində strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olunduğunu qeyd etmişdir.

Səfir Erkan Özoral səmimi qəbul üçün təşəkkürünü bildirərək, Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, xalqlarımızın əsrlər boyu dostluq,  qardaşlıq münasibətlərində yaşadığını və bu əlaqələrin hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini qeyd etmişdir.

Qonaq Türkiyə-Azərbaycan əlaqələrinin bundan sonra da uğurla, sürətlə və mütəşəkkil qaydada irəliyə getməsi, xalqlarımızın daha da birləşməsi və sıx əməkdaşlıq etməsi üçün bütün səylərini əsirgəməyəcəyini vurğulamışdır.