YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniyanın “El Periodico” portalı: “Biz Azərbaycan qarşısında borcluyuq”

İspaniyanın “El Periodico” portalında “Tarixin yaddaşı: Biz Azərbaycan qarşısında borcluyuq” sərlövhəli məqalə verilib.

İspaniyada fəaliyyət göstərən Respublika Aviatorlar Assosiasiyasının prezidenti Akinilio Matanın müəllifi olduğu məqalədə İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycanın Gəncə şəhərində təlimlər keçmiş ispan pilotlar və onların xatirəsinin Azərbaycanda əziz tutulmasından söz açılır.

Müəllif qeyd edir ki, Azərbaycan hökumətinə və xalqına İspaniya tarixinin bu maraqlı səhifəsini qoruduqları üçün minnətdarlıq ifadə etmək lazımdır.

Məqalədə, həmçinin Azərbaycan ərazisinin bir hissəsinin işğal altında olması faktı qeyd edilir, həmin torpaqlarda etnik təmizləmə aparıldığı vurğulanır. Müəllif ispan cəmiyyətini Azərbaycan qarşısında vicdan borcunu yerinə yetirməyə, Azərbaycan həqiqətləri ilə maraqlanmağa çağırır.