YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılması və onun ilk təsis iclasının keçirilməsi təqdirəlayiq

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kuala-Lumpur şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif Əl Osaymin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə İƏT arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş katib Yusif Əl Osaymin Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirib və ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.

Elmar Məmmədyarov 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı barədə həmsöhbətinə məlumat verib. İƏT-in baş katibi Azərbaycan Prezidentinin bu Sərəncamının yüksək qiymətləndirildiyini və təqdir edildiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın İƏT çərçivəsində həmrəyliyin güclənməsi naminə səylərini əsirgəməyəcəyini bildirərək, ölkəmizin ev sahibliyi edəcəyi İslam Həmrəyliyi Oyunlarının bu məqsədin inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib. İƏT baş katibini Azərbaycana səfərə dəvət edən nazir təşkilata üzv dövlətlərin idmançılarının qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edəcəyinə ümidvarlığını bildirib. Baş katib dəvəti məmnuniyyətlə qəbul edib.

Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılmasının və onun ilk təsisat iclasının keçirilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı və ədalətli mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq birmənalı şəkildə dəstəklənməsinə və bu xüsusda qəbul edilmiş qətnamə və bəyanatlara görə İƏT baş katibinə və üzv dövlətlərə təşəkkürünü bildirib.

Görüşdə İƏT-in gündəliyində duran mövzular, Rohinqa müsəlmanlarının vəziyyəti, terrorizmə və islamofobiya meyillərinə qarşı mübarizə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.