YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bir sıra qanun layihələri müzakirə edilib

Yanvarın 19-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda “Dövlət rüsumu haqqında”, “Aviasiya haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Mühasibat uçotu haqqında”, “Reklam haqqında”, “Qrant haqqında”, “Gömrük tarifi haqqında” qanun layihələri müzakirə edilib.

Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında”, “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə məsələlərə də baxılıb.