YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayat ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın davamlı inkişafı, qarşıda duran vəzifələr, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparılıb.

Ermənistanın təcavüzkar siyasəti haqqında məlumat verən səfir Pakistan dövləti və xalqının, eyni zamanda, ordusunun ölkəmizə birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Pakistanla əlaqələrə xüsusi önəm verdiyini bildirən səfir Azərbaycanın hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatı Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında tezliklə həll edilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Zubair Mahmud Hayat ölkələrimiz arasındakı münasibətlərin tarixi, mədəni, dini əsaslara, ortaq dəyərlərə söykəndiyini diqqətə çatdırıb. Ordu generalı Pakistanın Azərbaycan ilə əməkdaşlığa diqqətlə yanaşdığını, Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyin davam edəcəyini vurğulayıb, Kəşmir məsələsində Azərbaycanın mövqeyinə görə təşəkkür edib.