YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cenevrədə “Enerji sahəsinin keçmişdən gələcəyə doğru inkişaf yolu: Azərbaycan obyektivdə” fotosərgisinin açılışı olub

Yanvarın 19-da BMT-nin Cenevrədəki bölməsində, Millətlər Sarayında “Enerji sahəsinin keçmişdən gələcəyə doğru inkişaf yolu: Azərbaycan obyektivdə” adlı fotosərginin açılış mərasimi keçirilib.

Sərgi BMT-nin Avropa İqtisadi Komissiyasının (BMTAİK) dəstəyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin iştirakı ilə Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə əməkdaşlıqda təşkil edilib.

BMTAİK-in himayəsi ilə keçirilən bu layihə üzrə fotolar və digər əyani materiallar, həmçinin Almaniya, Qazaxıstan və Ukraynada da nümayiş etdirilib.

Avropa İqtisadi Komissiyasının Davamlı Enerji Komitəsinin sessiyası çərçivəsində keçirilən tədbiri BMTAİK-in icraçı katibi Kristian Friis Bax açıb. O, yaşıl iqtisadiyyata keçid istiqamətində Avropa regionu ölkələri, xüsusən də Azərbaycan, Almaniya, Qazaxıstan, Ukrayna tərəfindən göstərilən səyləri yüksək qiymətləndirib. Qeyd edilib ki, sərginin işıqlandırdığı bu cür uğurlu milli təcrübələrin öyrənilməsi və təkrarlanması vasitəsilə “2030 - Dayanıqlı İnkişaf Gündəliyi”nin həyata keçirilməsi mümkün olacaq.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov Azərbaycanda enerji infrastrukturunun tarixi və bu sahənin ölkəmizin ümumi inkişafına təsiri barədə danışıb.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter açılış nitqində sərgi haqqında məlumat verərək bildirib ki, nümayiş etdirilən 60-dan çox fotonun bir hissəsi Azərbaycanda gələcəyə doğru inkişaf edən enerji sahəsinə həsr edilib. Ölkəmizin təbiətini və mədəniyyətini əks etdirən sərginin digər hissəsinə isə TEAS tərəfindən keçirilmiş “Azərbaycan obyektivdə” adlı fotomüsabiqənin fotoları daxil edilib.

Sərgi yanvarın 25-dək nümayiş etdiriləcək.