YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Davos Forumu dünyada ən nüfuzlu iqtisadi platformalardan biridir

«Davos Forumu dünyada ən nüfuzlu iqtisadi platformalardan biridir». Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, Azərbaycan qlobal əhəmiyyət daşıyan layihələrə imza atmaqdadır, xüsusilə də bütün Avropa ölkələrini əhatə edən “Cənub” qaz dəhlizi kimi nəhəng layihəyə start verib və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələri üçün hərtərəfli imkanlar yaradılıb. Bu, onu göstərir ki, Azərbaycan dünya dövlətləri üçün vacib və əhəmiyyətli ölkədir. Qlobal enerji məsələləri ilə bağlı aparılan müzakirələrdə Azərbaycanın mövqeyi başlıca əhəmiyyət kəsb edir.
«Davos Forumunda dünya iqtisadiyyatı ilə bağlı çoxsaylı fikir müxtəlifliyi nəzərə çarpsa da, Azərbaycanın sabit və dayanıqlı iqtisadi inkişafı da təqdir olunur. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişafını davam etdirir, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı düşünülmüş siyasət nəticəsində artıq ölkəmiz neftdən asılı olmadığını təsdiq etməkdədir. Hazırda ölkə iqtisadiyyatının inkişafını təmin edən əsas mənbələr qeyri-neft sektorunda cəmləşib. Həmçinin, bir neçə il əvvəl uzaqgörən siyasətin nəticəsi kimi neft gəlirlərinin insan kapitalına çevrilməsi siyasəti öz uğurlarını göstərməkdədir. Bütövlükdə, Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Forumun hesabatlarında ölkəmiz bir sıra istiqamətlər üzrə öncül yerdədir»- deyə, deputat qeyd edib.