YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il ölkədə əsas kapitala 15 milyard manata yaxın vəsait yönəldilib

2016-cı ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 14 mlrd. 903,4 mln. manatlıq vəsaitin 72,7%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunmuş vəsaitin 79,8%-i məhsul istehsalı obyektlərinin, 15,6%-i xidmət sahələri üzrə obyektlərin, 4,6%-i isə ümumi sahəsi 1 mln. 677,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,5%-ni təşkil edib. 2016-cı ildə Bakı şəhərində iri qabaritli transformatorlar, Ağdağ gips və Oksigen zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları, Əlillər üçün sosial reabilitasiya mərkəzləri və sığınacaqları, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, Sumqayıt şəhərində Şahmat məktəbi, Ağstafa rayonunda “Modern” mebel fabriki, “Karvan-L EKO” sənaye parkında 9 müəssisə və istixana kompleksi istifadəyə verilib.

Bundan başqa, Musiqi Mərkəzi, Füzuli rayonunda Avtovağzal kompleksi, Xaçmaz rayonunda Yalama Aqroparkı, İsmayıllı rayonunda “İSMA BİKES” velosiped istehsalı zavodu, “İsmayıllı-2” Su Elektrik Stansiyası, Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyası, kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar, Qəbələ rayonunda “Qafqaz Tufandag Mountain Resort” oteli, Salyan rayonunda Kür çayı üzərində körpü, Tərtər rayonunda Uşaq-Gənclər Şahmat Məktəbi və Tərtər çayı üzərində körpü, Tovuz rayonunda Tovuzçay su anbarı, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında, Bakı şəhərində, Beyləqan, Füzuli, Xaçmaz, Xızı, İmişli, Qazax, Qəbələ, Sabirabad, Salyan, Zaqatala, Zərdab rayonlarında 4972 şagird yerlik 20 ümumtəhsil məktəb binası, Mingəçevir və Şirvan şəhərlərində, Abşeron, Ağcabədi, Ağsu, Beyləqan, Füzuli, Goranboy, İmişli, Qazax, Qusar, Oğuz, Sabirabad, Salyan, Samux, Siyəzən, Ucar, Zaqatala rayonlarında 2267 yerlik 23 məktəbəqədər təhsil müəssisəsi, Sumqayıt, Lənkəran şəhərlərində və Kürdəmir rayonunda 300 çarpayılıq 3 xəstəxana binası, Mingəçevir şəhərində, Füzuli, Qazax, Sabirabad və Zaqatala rayonlarında 700 yerlik 5 klub və s. obyektlər istifadəyə verilib.