YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətlərə dair qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq

Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətləri törədənlərin cəzalandırılmasını əks etdirən yeni “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarılacaq. Bu barədə Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib.

Bahar Muradova qeyd edib ki, beynəlxalq cinayətlər deyəndə soyqırımı, etnik təmizləmə, hərbi cinayətlər nəzərdə tutulur. Xocalı qırğını da bütün bu qeyd olunanların hər birini əhatə edir. Xocalıda baş verən hadisələrə görə Ermənistan rəhbərliyi cavabdehlik daşıyır, onlar cinayət törədiblər. Bu cinayətə beynəlxalq cinayətlərə münasibət baxımından qiymət verilməlidir.

Vitse-spiker bildirib ki, vətəndaş cəmiyyəti tərəfindən təqdim olunan qanun layihəsi üzərində iş başa çatmaq üzrədir. Qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarıldıqdan sonra müvafiq rəylərin alınması üçün beynəlxalq təşkilatlara, Azərbaycanın aidiyyəti qurumlarına göndəriləcək və bundan sonra Milli Məclisin gündəliyinə salınacaq.