YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 24-də Milli Məclisin regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

İclasda 2016-cı ilin payız sessiyası dövründə görülən işlər və 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericiliklə bağlı məsələlər barədə məlumat verilib.

Komitə sədri Arif Rəhimzadə çıxış edərək bildirib ki, hesabat dövründə 5 iclas keçirilib, 22 məsələ müzakirə olunub ki, bunlardan da 7-si qanun layihəsidir. Hesabat dövründə komitənin ünvanına daxil olmuş 198 məktub, təklif, ərizə və şikayətin 84-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, onların müraciətləri ilə əlaqədar müvafiq tədbirlər görülüb.

Milli Məclisin deputatları komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Sonra komitənin 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq edilib.

Bildirilib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlarda və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılması nəzərdə tutulur.