YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı: Ermənistanı azərbaycanlı girovları qaytarmağa məcbur etməyin vaxtı çatıb

AŞPA-nın baş katibi Torbyorn Yaqland qış sessiyası çərçivəsində keçirilən plenar iclasda çıxış edib. Sonra baş katib parlamentarilərin suallarını cavablandırıb.

Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Avropa Şurasının baş katibinə sualla müraciət edib. O deyib: “Avropa Şurası daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektləri ilə bağlı narahatlığını bildirib. Bu baxımdan dekabrın 29-da öldürülmüş Azərbaycan hərbi qulluqçusunun nəşinin qaytarılması ilə bağlı son bəyanatınıza görə minnətdarlığımızı bildiririk. Bilirsiniz ki, iki azərbaycanlı mülki şəxslər - Dilqəm Əsgərov və Şahbaz Quliyev də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində 2014-cü ildə girov götürülüblər. Onların yaxınları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Bu məsələnin humanitar xarakterli olmasını və Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar hallarda presedent hüququnu nəzərə alaraq Ermənistanı qeyri-qanuni yolla həbs edilmiş azərbaycanlı mülki şəxsləri azad etməyə məcbur etməyin vaxtı çatdığını hesab edirsinizmi?”

Torbyorn Yaqland suala cavab verərək qeyd edib ki, girov götürülmüş iki azərbaycanlı mülki şəxslə bağlı iki il əvvəl Ermənistanın prezidenti ilə danışıb. O insanlar qaytarılmalıdır. Avropa Şurasının rolu sadə insanların hüquqlarını qorumaqdır. Humanitar məsələlərə gəldikdə isə baş katib girov götürülmüş insanların geri qaytarılmasının yaxşı jest ola biləcəyini vurğulayıb. O, münaqişələrdə tərəflər arasında gərginliyin azaldılması üçün hər zaman humanitar jestlər etməyin vacibliyini qeyd edib. Baş katib Ermənistan prezidenti ilə görüşü zamanı girovların qaytarılmasında köməyini təklif etdiyini diqqətə çatdırıb.