YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Prezident İlham Əliyevin Brüsselə səfəri Avropa Birliyi ilə Azərbaycanın əlaqələrində yeni bir səhifə açdı

«Avropa Birliyi Azərbaycanın əsas ticarət partnyorudur. Eyni zamanda, Avropa Bilrliyi Azərbaycana ən çox investisiya yatıran investordur. Avropa Birliyinin yüksək səlahiyyətli nümayəndələri Azərbaycanı “mühüm partnyor” adlandırırlar. Qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün Azərbaycan AB-nə üstün partnyorluq razılaşmasının imzalanmasını təklif etmişdir. Artıq danışıqlara başlanıldı. Bu saziş hər iki tərəfə qarşılıqlı fayda əsasında strateji əlaqələri yeni bir mərhələyə qaldımağa imkan verəcək».  Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, 2018-ci ildən başlayaraq Azərbaycan AB-nə hər il 16 mlrd kubmetr qaz ixrac edəcək. Bu məqsədlə hazırda Azərbaycan Prezidentinin təşəbbüsü ilə Cənub Qaz Layihəsi həyata keçirilir. Bu layihə AB-nin çoxdan arzuladığı enerji müstəqilliyi ideyasının həyata keçməsinə kömək edəcək. Layihənin böyük nüfuza malik olması bir çox beyəlxalq maliyyə orqanlarını layihədə iştirak etməyə sövq edir. Asiya İnfrastuktur İnvestisiya Bankının bu günlərdə layihəyə 600 milyon dəyərində kredit ayırması buna bariz bir numünədir. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat layihələri Avropa Birliyi ilə Asiya bazarları arasında həm məsafəni, həm də vaxt sərfiyyatını qısaldaraq iki region arasında ticarət həcminin artmasına səbəb olacaqdır.

«Hazırda Azərbaycan öz neftini bir çox AB ölkələrinə ixrac edir. AB-nin bir çox ölkələri ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında sazişlər bağlanılıb. Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini birmənalı şəkildə dəstəkləyir. Həm iqtisadi, həm də siyasi əlaqələrin yüksək səviyyədə olması, AB üçün Azərbaycanın strateji əhəmiyyəti, Azərbaycan üçün AB-nin vacib partnyor olması Azərbaycan Prezidentinin AB rəhbərləri ilə bütün görüşlərində ikitərəfli əlaqələin daha da inkişaf etdirilməsi ehtiyacı önə çəkildi. Məhz bu baxımdan Prezident İlham Əliyevin Brüsselə səfəri AB-Azərbaycan əlaqələrində yeni bir səhifə açdı»- deyə, T.Mirkişili vurğulayıb.