YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik Həsən Əliyevin 110 illik yubileyi keçiriləcək

Prezident İlham Əliyev fevralın 7-də Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə tədbirlər planını hazırlayıb həyata keçirmək Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb.