YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sevda Məmmədəliyeva: Ermənilərin tarixi geniş miqyasda saxtalaşdırması danılmaz faktdır

«Erməni vandalizmi nəticəsində Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarixi və mədəniyyət abidəsi, o cümlədən 11 dünya əhəmiyyətli abidə dağıdılıb, qarət edilib və yandırılıb. Ermənilər tərəfindən Azərbaycan mədəni irsinin mənimsənilməsinə yol verilməməsi üçün bütün imkanlardan istifadə etməliyik». Bu fikirləri mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva deyib.

S.Məmmədəliyeva bildirib ki, erməni saxtakarlığı, plagiatlığı artıq bütün dünyada tanınıb. Onun sözlərinə görə, ermənilərin tarixi geniş miqyasda saxtalaşdırması, başqa xalqların torpaqlarına göz dikməsi, mədəni irsinə təcavüz etməsi danılmaz faktdır.

«Bu məqsədlə ermənilər hər bir yola, cinayətə əl atırlar. Azərbaycan xalqının mədəni irsinin qorunması, ermənilər tərəfindən özününküləşdirilməsinə yol verilməməsi bu gün qarşıda duran ən ümdə vəzifələrdəndir.  Keçən il Azərbaycan beynəlxalq səviyyədə bu məsələni qaldıra bilib. Belə ki, ölkəmiz Haaqa Konvensiyasının müvafiq komitəsinə üzv seçilib və işğal olunan ərazilərdə mədəni irsin vəziyyətini iclasın gündəliyinə daxil edərək bu istiqamətdə müvafiq sənədin qəbul edilməsinə nail olub»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv