YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da bu addımı böyük razılıqla qarşılayır

«Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən və işğalı dəstəkləyən mövqe ilə çıxış edən Aleksandr Lapşinin ölkəmizə ekstradisiya edilməsi mühüm hadisədir». Bu fikri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi ilə bağlı Prezidentimizin qəti mövqeyi bütün cəmiyyətimiz  tərəfindən yüksək qiymətləndirilir. Onun sözlərinə görə, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da bu addımı böyük razılıqla qarşılayır.

«Ərazilərimizə qanunsuz səfər edənlər bilməlidirlər ki, onları da bu aqibət gözləyir. Ona görə də, Azərbaycanın qanunlarına əməl etməlidirlər. Ermənistanın işğalçılıq siyasətini müdaifə etmək bu cinayətə şərik olmaqdır. Bu səbəbdən də, heç kim işğala dəstək verməməli, əksinə işğalçılıq siyasətini pisləməlidir»- deyə, B.Səfərov vurğulayıb.