YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BƏT Azərbaycanı gənclərin məşğulluğu sahəsində uğurlu siyasətə malik ölkələr sırasına daxil edib

Beynəlxalq Əmək Təşkilatı (BƏT) Azərbaycanı gənclərin məşğulluğu sahəsində uğurlu siyasətə malik ölkələr sırasına daxil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən görə, Azərbaycanda gənclərin əmək bazarına çıxışının və məşğulluğunun dəstəklənməsi istiqamətində aparılan fəal siyasət və əldə olunan uğurlu təcrübə beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunun növbəti ifadəsi kimi, Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytındakı "Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi" bölməsində (https://www.ilo.org/dyn/youthpol/en/f?p=30850:1001:0::NO:::) Azərbaycan gənclərin səmərəli məşğulluğunun təminatı məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilib.

Bununla əlaqədar, BƏT-dən ƏƏSMN-nə ünvanlanan məktubda bildirilir ki, gənclərin məşğulluğunun təminatı BƏT-in fəaliyyətinin əsas tezislərindən biridir və üzv ölkələrdə bu sahədə aparılan siyasət və həyata keçirilən proqramlar təşkilat tərəfindən diqqətlə izlənilərək qiymətləndirilir. Azərbaycanın gənclərin əmək bazarında layiqli yer tutmaları, onların məşğulluğu sahəsində malik olduğu səmərəli siyasət, dolğun hüquqi baza, uğurlu iş təcrübəsi BƏT-də müsbət dəyərləndirilərək, təşkilatın saytında təqdim olunan beynəlxalq məlumatlar bazasında yerləşdirilib.

Məlumatlar bazası gənclərin məşğulluğunun dəstəklənməsi istiqamətində qabaqcıl ölkələrin müasir çağırışları əks etdirən uğurlu siyasət və təcrübələrinin ümumən dünyada yayılması və ayrı-ayrı ölkələrə gənclər arasında işsizliyin aradan qaldırılmasında bu təcrübələrdən istifadə imkanlarının yaradılmasıdır. Xatırladaq ki, son illərdə Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına da daxil edilib.