YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Prezident İlham Əliyevin Fərmanı dövlətimizin məcburi köçkünlərə diqqətinin ifadəsidir

«Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Bu baxımdan, dövlət başçısının “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib. 
M.Quliyev bildirib ki,  “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişikliklər edilməsi dövlətimizin başçısı İlham Əliyevin məcburi köçkünlərə və bu qəbildən olan digər insanlara qayğısının daha bir təzahürüdür. Onun fikrincə, bu, bir daha onu göstərir ki, sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həlli daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir.

«Bu Fərman keçmiş yataqxanalarda, müalicə pansionatlarında və digər binalarda yaşayan məcburi köçkünlərin üzləşdikləri problemlərin həllinə, onların həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət edəcək. Azərbaycan Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlətimizin başçısı məcburi köçkünlərin problemlərinin həllini hər zaman diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin bu Fərmanı dövlətimizin məcburi köçkünlərə diqqətinin ifadəsidir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv