YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini: Azərbaycanın dərman bazarlarında sabitlik müşahidə olunur

Azərbaycanın dərman bazarlarında sabitlik müşahidə olunur.

Bu sözləri jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov apteklərdə bəzi dərman preparatlarının çatışmazlığı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O bildirib ki, hazırda Azərbaycanın dərman bazarındakı preparatlar tamamilə idxal olunur. Bu da bəzi hallarda dərman vasitələrinin çatdırılması ilə bağlı cüzi problemlər yaradır. Ancaq qeyd etmək istəyirəm ki, dərman bazarında sabitlik mövcuddur.

Baş nazirin müavini bəzi dərman preparatlarının apteklərdə tapılmaması hallarının mümkün olduğunu qeyd edib. Bununla bağlı daxil olan siqnallar operativ şəkildə araşdırılır. Biz həm apteklər, həm depolar, həm də dərman idxalı ilə məşğul olan şirkətlərlə mütəmadi əlaqə yaradırıq və bəzi dərmanların çatışmazlığı səbəblərini araşdırırıq. Əgər depolarda dərman varsa və onun pərakəndə satışı həyata keçirilmirsə, təbii ki, bu bizi narahat edir.

 

DİGƏR Xəbərlər Arxiv