YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Bütün bu məsələlər tarixçilər, elm adamlarının iştirakı ilə həllini tapmalıdır

«Ermənistanın qondarma "erməni soyqırımı"nı dünya xalqlarına həqiqət kimi tanıtdırmaq üçün geniş miqyaslı fəaliyyət apardığı bir zamanda Azərbaycan xalqı əsl həqiqətləri, "erməni soyqırımı"nın uydurma olduğunu dünya ictimaiyyətinə çatdırmaqdadır. Tarix sübut edir ki, ermənilər ötən əsrin müxtəlif dövrlərində azərbaycanlılara qarşı soyqırımı, qətliamlar törədib». Bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, həqiqətlərin üzə çıxarılması istiqamətində Şərqşünaslıq İnstitutunda da müvafiq işlər aparılır. Onun sözlərinə görə, Araz çayının hər iki tayında ermənilərin törətdiyi soyqırımlar barədə həqiqətlərdən bəhs edən və İranda bu haqda nəşr olunan kitablar tərcümə edilib.

«Bakıda, Qubada, Şamaxıda 1918-ci ildə törədilən soyqırımı, talanlarla bağlı rəsmi sənədlərin aşkarlanaraq kitab şəklində bir neçə dildə dünya ictimaiyyətinə çatdırılıb və bu sahədə işlər yenə də davam etdirilir. İllər keçdikcə ermənilərin qətlə yetirilməsi ilə bağlı uydurma rəqəmlərin şişirdilərək 1,5 milyon nəfərə çatdırılıb. Amma Britaniya ensiklopediyasında Birinci Dünya müharibəsi ərəfəsində Türkiyədə yaşayan ermənilərin sayının cəmi 1,3 milyon nəfər olduğu deyilir və «erməni soyqırımı»nın həqiqətə uyğun olmadığı təsdiqlənir. Əslində, ermənilərin Türkiyədə kütləvi dəfninə aid heç bir faktı üzə çıxara bilmədikləri və onların təbliğatlarında söylədiklərinin heç bir əsası olmadığını göstərmək olar. Bütün bu məsələlər tarixçilər, elm adamlarının iştirakı ilə həllini tapmalıdır»- deyə, G.Baxşəliyeva qeyd edib.

DİGƏR Xəbərlər Arxiv