YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycan Türkiyə və Gürcüstana xarici sərmayə qoyuluşunda liderlik edir

Azərbaycan Türkiyə və Gürcüstana xarici sərmayə qoyuluşunda liderlik edir.

Bunu İstanbulda AZƏRTAC-a müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O bildirib ki, hazırda Türkiyə iqtisadiyyatına ölkəmizin sərmayə qoyuluşu 9 milyard ABŞ dolları təşkil edir. Bu məbləğin 16-17 milyarda çatdırılması hədəflənir. Gürcüstan iqtisadiyyatına yatırım isə 3,4 milyard dollar təşkil edir ki, bunun da 2,7 milyard dolları qeyri-neft sahəsinin payına düşür.

Ölkəmizin Türkiyə və Gürcüstan iqtisadiyyatının inkişafına xüsusi önəm verdiyini vurğulayan nazir qeyd edib ki, hər iki ölkə ilə qarşılıqlı ticarət dövriyyəsi yüksələn xətlə davam edəcək.

 

DİGƏR Xəbərlər Arxiv